Luis Hamilton Formula 1 üzrə Rusiya Qran-Prisinin qalibi olub
“Mercedes”in britaniyalı pilotu Luis Hamilton Formula 1 üzrə Rusiya Qran-Prisinin qalibi olub.

Uzunluğu 5848 metr olan Soçi avtodromunda təşkil olunan mövsümün 16-cı yarışında pilotlar 53 dövrə vurublar. Bütün rəqiblərini qabaqlayan L.Hamilton cari mövsümdə 9-cu, karyerasında isə 82-ci qələbəsini qazanıb. Onun komanda yoldaşı Valtteri Bottas yarışı ikinci, Şarl Lekler (“Ferrari”) isə üçüncü pillədə başa vurub.

Pilotların yarış cədvəlinə 322 xalla L.Hamilton başçılıq edir. V.Bottas 249 xalla ikinci, Ş.Lekler isə 215 xalla üçüncüdür.
Konstruktorlar kubokunda isə “Mercedes” 571 xalla birinci yerdədir. Hesabında 408 xal olan “Ferrari” ikinci, “Red Bull Racing” 311 xalla üçüncü pillədə qərarlaşıb.
Növbəti yarış iki həftədən sonra Yaponiyada keçiriləcək.


Xəbər 714 dəfə oxundu.