Azərbaycan Premyer Liqası: “Neftçi” səfərdə “Qəbələ”ni böyük hesabla məğlub edib
Azərbaycan Premyer Liqasında 6-ci turun daha bir oyunu keçirilib.

Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi" klubunu qəbul edib.

İlk yarıda hesab açılmayıb. Fasilədən sonra isə qonaqlar qolları sıralamağa başlayıblar. Matçın 60-cı dəqiqəsində Tural Axundov hesabı açıb. Görüşün 72-ci dəqiqəsində Rauf Əliyev, 89-cu dəqiqədə isə Stiven Monroz meydan sahiblərini məyus edib.

Bu qələbədən sonra xallarını 8-ə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. Dörd xala malik "Qəbələ" isə 7-ci pillədə qərarlaşıb.


Xəbər 643 dəfə oxundu.