Antalyada muay-tay üzrə dünya çempionatına start verilib
Sentyabrın 28-də Antalyada yeniyetmə və gənclər arasında muay-tay idmanının ifma versiyası üzrə dünya çempionatına start verilib.

Çempionatda Azərbaycanı 16 idmançı və 2 hakim təmsil edir.

Milli komandamız mundialda federasiya prezidenti Azər Həsənsoyun və böyük məşqçi Fəxri Əliyevin rəhbərliyi altında mübarizə aparır.

Qeyd edək ki, mundiala oktyabrın 6-da yekun vurulacaq.


Xəbər 744 dəfə oxundu.