Azərbaycan qılıncoynadanları İranda keçirilən beynəlxalq turnirdə iştirak ediblər
İranın İsfahan şəhərində kişi sablyaçılar arasında “Ruzbeh Sarhangpour GP International Open” turniri keçirilib.

Turnirdə yeniyetmə qılıncoynadanlarımız Ayxan Xasiyev və Əlixan Kərimov da iştirak ediblər.

Sablyaçılarımız qrup mərhələsini uğurla adlayıblar. A.Xasiyev qrupda keçirdiyi 6 görüşdən 3-də, Ə.Kərimov isə 2-də qalib gəlməklə pley-offa adlayıb. Püşkatmaya görə idmançılarımız 1/32 finalda bir-birinə rəqib olublar. Komanda yoldaşını 15:7 hesabı ilə məğlub edən Ə.Kərimov onaltıdabir finalda turnirin finalına kimi irəliləməyi bacaran İran idmançısı Pakdaman Əliyə 3:15 hesabı ilə uduzub.

Xəbər 805 dəfə oxundu.