Aliyə Qarayeva dünya kubokunda
19-20 mayda Özbəkistan paytaxtı Daşkənddə bədii gimnastika üzrə dünya kubokunun növbəti mərhələ yarışı keçiriləcək. İdman.com.az saytının xəbərinə görə, yarışda ölkəmizi olimpiyaçımız Aliyə Qarayeva və Lalə Yusifova, eləcə də heyəti Anastasiya Prasolova, Ceyla Quliyeva, Ayelita Xələfova, Stepani Trayanova, Səbinə Abbasova və Yevgeniya Jidkovadan ibarət olan qrup hərəkətləri üzrə böyüklərdən ibarət yığmamız təmsil edəcək.

Elə həmin ərəfədə eyni məkanda yeniyetmələr arasında isə "Xoşbəxt Karvan" beynəlxalq turniri keçiriləcək. Bu turnirdə isə gimnastlarımızdan Marina Durunda, Nilufər Niftəliyeva və Gülsüm Şəfizadə öz bacarığını göstərəcək.

Xəbər 1271 dəfə oxundu.