Beynəlxalq Olimpiya Komitəsinin prezidenti “Pekin 2022”yə hazırlıq prosesindən məmnun qalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Çinə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

T.Bax Çin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Qou Çnben, Beynəlxalq Antidopinq Agentliyinin (WADA) vitse-prezidenti, ikiqat Olimpiya çempionu Yan Yanq, Çinin tanınmış şirkətlərindən olan “HYX” qrupunun rəhbəri Lyu Cyutsi və Çin Kommunist Partiyasının üzvü, xarici işlər üzrə komissiyanın direktoru Yan Ceçi ilə görüşüb. Görüşlərdə “Pekin 2022” Olimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə olunub və hazırlıq işlərinin gedişindən məmnunluq ifadə edilib.

Tomas Bax idmanı və Olimpiya dəyərlərini təbliğ edən rəssam Fan Yana “Pyer de Kuberten” medalını təqdim edib.

Qeyd edək ki, XXIV Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində keçiriləcək. Beləliklə, Pekin həm yay, həm də qış Olimpiya oyunlarına ev sahibliyi edən ilk şəhər olacaq. Belə ki, 2008-ci ildə 29-cu Yay Olimpiya Oyunları da Çinin paytaxtında keçirilib.


Xəbər 754 dəfə oxundu.