Azərbaycanın üç atleti Qətərdə dünya çempionatının birinci günündə mübarizə aparacaq
Sentyabrın 27-də Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatına start verilib.

Mundialda 209 ölkədən 1928 idmançı iştirak edir. Bu atletlərin 1039-u kişi, 889-u qadındır. Ötən il keçirilən dünya çempionatında qalib olan 44 atletdən 38-i bu il bir daha gücünü sınayır.

Dünya çempionatında ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edəcəklər.

Çempionatın birinci günüdə A.Skidan öz qüvvəsini sınayacaq. Onun çıxışı Bakı vaxtı ilə 17:40-da baş tutacaq. Üç təkanla tullanma növündə yarışan Nazim Babayev və Aleksis Kopellonun mübarizəsinə isə saat 20:25-də start veriləcək.
Marafonda iştirak edən Evans Kiplaqat isə oktyabrın 5-də saat 00:59-da mübarizəyə başlayacaq.


Xəbər 789 dəfə oxundu.