AFFA-nın əməkdaşı UEFA tərəfindən yeni təyinat alıb | |
A milli komandanın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina–Almaniya oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq. Oyun oktyabrın 15-də Zenicadakı “Bilino polie” stadionunda keçiriləcək. |
|
Xəbər 643 dəfə oxundu. |
|
|