Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb | |
Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb. Dünyanın 161 yığmasının yer aldığı cədvəldə milli komandamız 75-ci yerdə qərarlaşıb. Yığmanın hesabında 1345 xal var. Komandamız sonuncu dəfə bu ilin iyulunda açıqlanan FİFA reytinqi ilə müqayisədə 1 pillə irəliləyib. Milli Qazaxıstanı arxada qoyub. Qeyd edək ki, siyahıya ABŞ (2180), Almaniya (2064) və Hollandiya (2036) yığmaları başçılıq edir. |
|
Xəbər 751 dəfə oxundu. |
|
|