Xüsusi olimpiyaçılar üçün nəzəri-praktik açıq təlim keçirilib
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin birgə layihəsi çərçivəsində futbolçulardan ibarət 4 qadın komandası üçün nəzəri-praktik açıq təlim keçirilib.

Şəki şəhər 5 saylı orta məktəbdə təşkil edilən tədbirdə UNFPA-nın Türkiyədəki nümayəndəsi və Azərbaycan, Gürcüstan üzrə ölkə direktoru Karl Kulessa idmançılarla söhbət edib, onlara uğurlar arzulayıb.

Şəki şəhərinin 4 orta ümumtəhsil və 2 internat tipli təhsil müəssisələrindən 40-a qədər qızın iştirak etdiyi layihədə iştirakçılar hər birində 10 nəfər olmaqla 4 komandaya bölünərək futbol meydançasında heç bir məhdudiyyətin olmadığını və komanda işinin hər bir əngələ qalib gəldiyini sübut ediblər.

Qeyd edək ki, ötən ildən etibarən BMT-nin Əhali Fondunun Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə birlikdə həyata keçirdiyi, intellektual əlilliyi olan və olmayan qızların futbol vasitəsilə səlahiyyətləndirilməsi layihəsi öz işini Şəkidə uğurla davam etdirir.

Xəbər 700 dəfə oxundu.