Sabah atletika üzrə dünya çempionatına start veriləcək
Sentyabrın 27-də Qətərin paytaxtı Dohada keçiriləcək atletika üzrə dünya çempionatına start veriləcək.

Mundialda 209 ölkədən 1928 idmançı iştirak edəcək. Bu atletlərin 1039-u kişi, 889-u qadındır. Ötən il keçirilən dünya çempionatında qalib olan 44 atletdən 38-i bu il bir daha gücünü sınayacaq.

Dünya çempionatında ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edəcəklər.

Xəbər 757 dəfə oxundu.