Macarıstanda keçiriləcək Avropa birinciliyində ölkəmizi altı sumoçu təmsil edəcək
Sentyabrın 27-də Macarıstanın paytaxtı Budapeştə sumo üzrə Avropa birinciliyinə start veriləcək.

Qitə birinciliyində Azərbaycanı Məhərrəm Eyvazov, Nahid Vəliyev, Əli Süleymanov, Hüseyn Hüseynov, Elcan Tarverdiyev və Ağamalı Abdulov təmsil edəcəklər. Komandamız yarışlarda Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq.

Qeyd edək ki, yarışlarda hakim Rəsul Həsənov ədaləti qoruyacaq.


Xəbər 696 dəfə oxundu.