“Dinamo”–“Şkendiya” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək | |
Azərbaycanın FIFA referisi Rauf Cabarov yeni təyinat alıb. O, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Şkendiya” (Şimali Makedoniya) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər. Matç oktyabrın 2-də Kiyevdə keçiriləcək. |
|
Xəbər 775 dəfə oxundu. |
|
|