Azərbaycan Avropa Voleybol Konfederasiyasının Baş Assambleyasında təmsil olunacaq
Sentyabrın 26-27-də Parisdə Avropa Voleybol Konfederasiyasının (CEV) 40-cı Baş Assambleyası keçiriləcək.

Assambleyada CEV-ə daxil olan voleybol federasiyalarının rəsmiləri iştirak edəcəklər. Tədbirdə AVF-ni federasiyanın baş katibi Cəlil Cəfərov təmsil edəcək.

Assambleyada CEV-in 2019-cu il mövsümünün maliyyə hesabatı təqdim olunacaq. Həmçinin voleybolun Avropada daha da inkişafına dair müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Eyni zamanda, assambleyada Şərqi Avropa Voleybol Assosiasiyasının (EEVZA) iclası keçiriləcək. İclasda çimərlik voleybolu, qarüstü voleybol və gənc komandalar arasında keçiriləcək turnirlərlə bağlı müzakirələr aparılacaq.

Xəbər 753 dəfə oxundu.