Cəlilabad güləşçiləri xatirə turnirində fərqləniblər
Salyan Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə idman ustası, daşqaldırma üzrə SSRİ idman ustası, məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş azyaşlı yeniyetmələr arasında VI respublika turniri keçirilib.

Turnirdə ümumilikdə 150 sərbəst güləşçi birincilik uğrunda mübarizə aparıb.

On bir çəki dərəcəsi üzrə keçirilən yarışda Cəlilabad komandası birinci olub. Lənkəran güləşçiləri yarışı ikinci, Salyan idmançıları isə üçüncü pillədə başa vurublar.

Sonda qaliblər Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.


Xəbər 710 dəfə oxundu.