Azərbaycan-Qazaxıstan oyunu üçün komandaların heyətləri açıqlanıb
Həştərxanda təşkil olunan futzal üzrə “Caspian Cup 2019” turniri çərçivəsində bu gün keçiriləcək Azərbaycan-Qazaxıstan oyunu üçün komandaların heyətləri açıqlanıb.

Zvezdnıy İdman Kompleksində keçiriləcək oyunda Azərbaycan millisinin heyətində Rövşən Hüseynli, Eduardo Borges, Teles Tiaqo, Rizvan Fərzəliyev, Cardoso Everton, Emin Kürdov, Vitali Borisov, İsa Atayev, Ramiz Çovdarov, Xətai Bağırov, Faiq Əliyev, Amadeu və Poletto yer alıblar.

Qazaxıstan yığmasının heyətində isə meydançaya İqita, Dauren Nurqojin, Ariold Knaub, Duqlas, Azat Baliulin, Salaut Bayraliev, Dinmuhambet Suleymanov, Albert Akbalikov, Bolat Sarbasov, Alişer Sarsenbaev, Birjan Orazov və Cinqiz Yesenamanov çıxacaqlar.

Görüşü rusiyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millimiz birinci oyunda Rusiyaya 1:2 hesabı ilə məğlub olub. İran komandası ilə oyunda isə qalib müəyyənləşməyib – 2:2.


Xəbər 712 dəfə oxundu.