Millimiz Portuqaliya, Almaniya və Albaniya yığmaları ilə qarşılaşacaq
19 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığma komandası sentyabrın 30-dan oktyabrın 8-dək Portuqaliyanın Braqa şəhərində təlim-məşq toplanışı və Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oyunlar keçirəcək.

Millimiz Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 2-də Portuqaliya, üç gün sonra Almaniya, ayın 8-də Albaniya ilə qarşılaşacaq.

Xəbər 706 dəfə oxundu.