Ruslan Lunyov Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan millisinin güllə atıcısı Ruslan Lunyov İtaliyanın Boloniya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Gənc idmançı bu uğura 25 m məsafədən atəşaçma növündə imza atıb.

O, gərgin keçən mübarizədə Pavel Krostlyovu (Ukrayna) əlavə göstəricilərdə üstələyib. Hər iki idmançı 587 xal tolasa da, “onluğ”a düşmə sayında həmyerlimiz üstün olub. R. Lunyov 25, ukraynalı 22 dəfə hədəfin mərkəzinə nişan alıb. Üçüncü yeri isə Kristian Reyts (Almaniya) qazanıb – 583 xal.

Xəbər 1065 dəfə oxundu.