APOEL-“Qəbələ” oyununun hakimləri açıqlanıb
UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək APOEL (Kipr)-“Qəbələ” oyununun hakimləri açıqlanıb.

Matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Furkat Atacanov olacaq. Ona Denis Labaşyov və Sergey Kalaçyov kömək edəcəklər. Görüşün dördüncü hakimi yerli assosiasiya təmsilçisi olacaq ki, onun adı hələ dəqiqləşməyib.

Qarşılaşmanın UEFA nümayəndəsi Vasko Doyçinovski (Şimali Makedoniya), hakim-inspektor Xristos Nikolaidis (Kipr) olacaq.

Oktyabrın 2-də Nikosiyadakı “Makarion” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xəbər 695 dəfə oxundu.