FHN-in İdman-Sağlamlıq Mərkəzinin idmançıları açıq Bakı turnirində mükafat qazanıblar
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Kyokuşin Karate Federasiyasının təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində açıq Bakı turniri keçirilib.

Yarışlarda 21 komandanın heyətində 160-dan çox idmançı mübarizə aparıb. Turnirə FHN-in İdman-Sağlamlıq Mərkəzinin məşqçi-müəllimi Qabil Sayadovun rəhbərliyi ilə doqquz idmançı qatılıb.

Mərkəzin idmançılarından yeniyetmələr arasında Lalə Mirkamal (40 kq), Xədicə Vəkilova (30 kq), Vüqar Sayadov (45 kq), Rüfət Hacıyev (50 kq) rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıblar.

Rəşad Rüstəmzadə (40 kq), İlkin Səmədov (40 kq), Elşən Şəhriyarov (45 kq), Xəyal Piriyev (50 kq), gənclər arasında isə Sərfəz Səmədzadə (60 kq) gümüş medala layiq görülüblər..

Xəbər 819 dəfə oxundu.