Qadın boksçumuz da London olimpiadasına lisenziya qazandı
Azərbaycan idmançıları London olimpiadasına 52-ci lisenziyanı qazanıblar. İdman.com.az saytının məlumatına görə, Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatında Yelena Vıstropova planetin ən böyük yarışında iştirak etmək hüququ qazanıb.

75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinalda İsveç nümayəndəsi Anna Laurellə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən döyüşdə milli komandamızın üzvü 16:15 hesabı ilə qələbə qazanıb. Sonuncu – 4-cü raundda boksçumuz rəqibini noqdauna salıb. Bu Azərbaycan dəri əlcək ustalarının artıq 8-ci lisenziyadır. Buna qədər kişilərdən ibarət milli komandamızın üzvləri London Olimpiadasına 7 vəsiqə əldə etmişdilər.

Xəbər 1207 dəfə oxundu.