Azərbaycan nümayəndə heyəti “Avro 2020”də fan-zonaların təşkilinə dair kreativ seminarda iştirak edib
Buxarestdə “Avro 2020”nin oyunlarına ev sahibliyi edəcək 12 şəhərdə fan-zonaların təşkilinə dair kreativ seminar keçirilib.

“Avro 2020”nin Bakı fan-zonası üzrə menecer Nigar Qasımova və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov da tədbirdə iştirak ediblər.

Seminarda 12 ev sahibi şəhərin fan-zona üzrə planları təqdim olunub, “Ev sahibi şəhərlər arasında körpüləri necə qurmaq olar?” mövzusunda müzakirələr aparılıb. Həmçinin Buxarest şəhərinin fan-zonasının məkanı “iMapp” tədbirində ictimaiyyətə elan olunub.

Xəbər 715 dəfə oxundu.