Avtomatik qol qeydi qışa planlaşdırılır
İngiltərə Premyer Liqası qolun qeydə alınmasının avtomatik sisteminin tətbiqinə mövsümün ortasından başlamağı planlaşdırır. İdman.com.az saytının məlumatına görə, liqanın baş direktoru Riçard Skademor videotəkrarlar sisteminin məhz qışda işə salınacağını bəyan edib:

«Əvvəlcə bu sistemi elə mövsümün əvvəlindən tətbiq etmək istəyirdik. Lakin sonradan qərara aldıq ki, mövsümün ortasında başlasaq, daha yaxşı olar. Heç nə dəyişmir. Söhbət yalnız topun xətti keçib-keçməməsindən gedir. Biz qol qeydinin ən yaxşı variantını seçməliyik və çox güman ki, sistem qışdan istifadə olunacaq».

Xəbər 1068 dəfə oxundu.