Rusiya gimnastları dünya çempionatında 3 halqa və 2 cüt gürzlə yarışın qalibi olublar
Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandaları arasında 3 halqa və 2 cüt gürzlə final yarışlarının qalibi müəyyənləşib.

Rusiya komandası 29,450 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Yaponiya (29,400 xal) və İtaliya (29,200) milliləri tamamlayıblar.

Azərbaycan komandası 26,450 xalla çempionatı 7-ci pillədə başa vurub.

Altmış bir ölkədən 300-dən artıq gimnastın mübarizə apardığı çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Xəbər 715 dəfə oxundu.