Yaponiyanın qrup hərəkətləri komandası final yarışlarında qızıl medal qazanıb
Yaponiya millisi Bakının ev sahibliyi etdiyi 37-ci dünya çempionatında qrup hərəkətləri komandaları arasında final mərhələsində 5 topla yarışlarda qızıl medal qazanıb.

Yaponiyalı gimnastların çıxışı hakimlər tərəfindən 29,550 xalla qiymətləndirilib. Bolqarıstan komandası 29,350 xalla gümüş, Rusiya (28,150) isə bürünc medala sahib olub.

Altmış bir ölkədən 300-dən artıq gimnastın mübarizə apardığı çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Xəbər 766 dəfə oxundu.