Azərbaycanın qrup hərəkətləri komandası 3 halqa və 2 cüt gürzlə çıxışını təqdim edib
Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının final mərhələsində 3 halqa və 2 cüt gürzlə çıxışını təqdim edib.

Hakimlərdən 26,450 xal alan komandamız hazırda üçüncü pillədə qərarlaşıb.

Üç halqa və 2 cüt gürzlə final yarışlarına 29,450 xalla Rusiya millisi başçılıq edir. Bolqarıstan isə 28,850 xalla ikinci pillədə yer alıb.

Xəbər 750 dəfə oxundu.