Azərbaycan “Tokio 2020” Yay Olimpiya Oyunlarına 6 lisenziya qazanıb
Azərbaycan 2020-ci ildə Tokioda təşkil olunacaq Yay Olimpiya Oyunlarına 6 lisenziya qazanıb.

Sentyabrın 21-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında çıxış edən sərbəst güləşçimiz Şərif Şərifov (97 kq) ölkəmizin aktivinə beşinci lisenziyanı yazdırıb.

Bundan əvvəl atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçümüz Maksim Şemberev, qadın güləşçi Mariya Stadnik (50 kq) və bədii gimnast Zöhrə Ağamirova Olimpiadaya lisenziyanı təmin ediblər. Daha bir lisenziyanı isə Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında “Tokio 2020”yə vəsiqə qazanıblar.

Qeyd edək ki, “Tokio 2020” gələn ilin avqustun 24-dən avqustun 9-dək keçiriləcək.


Xəbər 875 dəfə oxundu.