Rusiya millisi qrup hərəkətləri komandalarının çoxnövçülük yarışlarının qalibi olub
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının qrup hərəkətləri komandalarının çoxnövçülük yarışlarının mükafatçıları müəyyənləşib.

İki proqramın cəmində 58,700 xal toplayan Rusiya komandası qızıl medal qazanıb. Yaponiya gimnastları 58,200 xalla gümüş medala sahib olublar. Bolqarıstan komandası isə 58,000 xalla çempionatı üçüncü pillədə başa vurub.

Altmış bir ölkədən 300-dən artıq gimnastın çıxış etdiyi çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Xəbər 773 dəfə oxundu.