Azərbaycanın U-17 komandası Belarus millisi ilə qarşılaşıb
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyun Belarus yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda da Belarus millisi qələbə qazanıb – 4:1.

Xəbər 763 dəfə oxundu.