ABŞ gimnastı Laura Zenqə “Prize of Elegance” mükafatı təqdim olunub
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatı çərçivəsində yarışın tərəfdaşı olan “Longines” şirkətinin təsis etdiyi “Prize of Elegance” mükafatının qalibi müəyyənləşib.

Mükafat ABŞ idmançısı Laura Zenqə təqdim olunub.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Xəbər 627 dəfə oxundu.