Rafaella Kalloni: Bakıda insanlara dəyər verilir - MÜSAHİBƏ
b>MÜSAHİBƏ
“Bakı”nın sabiq voleybolçusu Rafaella Kalloni İtaliya mətbuatına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi ilə Super Liqanın bürünc mükafatını qazanan və Çellenc kubokunun finalına yüksələn İtaliya yığmasının oyunçusu Azərbaycandakı 1 ilini şərh edib. Yenidən Apennin yarımadasına dönən voleybolçu “Konegliano”nu seçməsinin səbəblərini açıqlayıb.

- 2011-ci il sizin üçün dəyişikliklər dövrü oldu. Çünki xaricdən təklif aldınız və Azərbaycana yollandınız. Bu zaman ilk fikriniz nə idi?
- Deyə bilmərəm ki, məyusluq yaşadım və gözdən itdim. Şübhəsiz, ölkə xaricindən çoxlu təkliflər aldığıma görə çox şad idim.

- Bakıdakı dövrdə xoşunuza əsasən nə gəldi?
- Bakıda çox şeyləri sevdim. Öncə insanlara verilən dəyəri qeyd edərdim. Orda belə gözəl xüsusiyyətlərin şahidi oldum. Buna görə də bu şəhər mənim üçün sevimlidir. Çoxlu dostlar və təcrübə qazandım.

- Bunu oraya yollanmazdan öncə ehtimal edirdiz?
- Bəli, xaricə getmək həyat təcrübəsi sayılır. Bunu hər zaman, hər adam etməlidir.

- Bakıda ən böyük çətinliyiniz nə oldu?
- Əsas çətinliyim nəqliyyat və yeməklə bağlı idi. Hiss etdim ki, donuz əti və pendirsiz hazırlanan təamsız süfrə arxasına oturmaq çox çətindir.

- Sizə orada ən çox kim kömək etdi?
- 3 nəfərin adını çəkə bilərəm. Birincisi, “Azərreyl”də oynayan həmyerlim Sara Anzanello. O, qiymətli dostdur. “Bakı”da oynayan xorvatiyalı Bilyana Qriqoroviçlə də gözəl münasibətlərim yarandı. Bir də bizə ilin ortalarında qoşulan məşqçi – Marko Qaspari.

- Bəs sizin üçün orada çatışmayan nəsə vardımı?
- Mən yalnız ailəmdən və məni sevən insanlardan kənarda qaldım.

- Azərbaycan və İtaliya çempionatları arasında fərq barədə nə deyə bilərsiz?
- Ən böyük fərq bizdə mövsümün uzun olmasındadır. Azərbaycan Super Liqasında 7 klub çıxış etdiyindən bu, mənim üçün qısa gəldi.

- Xaricə getməyinizdə əsas təşəbbüskarlardan olan Marko Qasparinin İtaliyaya və “Konegliano”ya qayıdışı sizin üçün nə dərəcədə vacib oldu?
- Əvvəl də dediyim kimi bu insan mənə daha çox kömək edənlərdəndir. Amma İtaliyaya qayıtmağımda, “Konegliano”ya keçidimdə onun rolu az oldu. Bu xüsusi dostdur ki, ona bir insan kimi daha çox hörmət edirəm. Onun əla ideyaları var və həmişə bir yerdə işləməyə gözəl zəmin yaradır.

- “Bakı”da karyeranızı davam etdirməyib, “Konegliano”nu seçməyinizdə nə ciddi rol oynadı?
- Klubun qarşına qoyduğu ciddi layihələr seçimimə təsir göstərdi. Buna görə də digər təkliflərdən imtina etdim. Bunların müqaviləsi çox cəlbedici idi və bu səbəbdən də 2 illik müqavilə bağladım. Etiraf edim ki, şəxsən özümə ilk telefon zəngi onlardan gəldi və bəlkə də bu, taleyin çağırışı imiş.

Xəbər 1215 dəfə oxundu.