Rusiya millisi bədii gimnastika üzrə 37-ci dünya çempionatının komanda yarışlarının qalibi olub
Rusiya millisi Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının komanda yarışlarının qalibi olub.

Ümumilikdə 186,500 xal toplayan Rusiya komandası bütün rəqiblərini qabaqlayıb.

İsrail yığması 174,750 xalla dünya çempionatını ikinci pillədə başa vurub. Belarus seçməsi isə 168,550 xalla yarışın bürünc medalına sahib olub.

Azərbaycan komandası 147,050 xalla dünya çempionatında 13-cü pillədə yer alıb.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda 61 ölkədən 300-dən artıq gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

Xəbər 685 dəfə oxundu.