Veronika Qudis dünya çempionatında gürzlərlə çıxışını başa vurub | |
Azərbaycan gimnastı Veronika Qudis Bakıda təşkil olunan bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında gürzlərlə çıxışını təqdim edib. Hakimlərdən 16,500 xal alan gimnastımız ümumi sıralamada 41-ci yerdə qərarlaşıb. “Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq. |
|
Xəbər 732 dəfə oxundu. |
|
|