«Fənərbağça» və «Trabzonspor»un transfer rəqabəti
«Fənərbağça» və «Trabzonspor» «Gənclərbirliyi»nin yarımmüdafiəçisi Sonər Aydoğdunu heyətinə qatmaq üçün qollarını çırmayıblar. İdman.com.az saytının məlumatına görə, «Gənclərbirliyi»nin prezidenti İlxan Cavcav bu iki klubdan rəsmi təklif aldıqlarını təsdiqləyib.

Radio müsahibəsinə klub rəhbəri «Sonər üçün «Fənərbağça» və «Trabzonspor»dan rəsmi təklif almışıq. Ancaq hələ qərar verməmişik. Qətiliklə mübadilə barədə düşünmürük. Bu transfer üçün yalnız pul təklif olunmalıdır».

Xəbər 928 dəfə oxundu.