«Qarabükspor»un hədəfi Skibbedir
Baş məşqçi Bülənd Qorxmazla yollarını ayıran «Qarabükspor» rəhbərliyi daha əvvəllər «Qalatasaray» və «Əskişəhərspor»u çalışdırmış alman Mikael Skibbe ilə görüşüb.

İdman.com.az saytının məlumatına görə, klub prezidenti Nevzad Şahin jurnalistlərə verdiyi açıqlamada qarşılarına qoyduqları hədəflərə çatmaq üçün diqqətli hərəkət etmək məcburiyyətində olduqlarını deyərək, boş qalan baş məşqçi kürsüsünə kimisə gətirmək üçün büdcələrinə görə və «Qarabükspor» yaraşacaq mütəxəssislərlə görüşməyə cəhd göstərdiklərini söyləyib.

Bu məqsədlə bəzi görüşlərinin olduğunu və bu sırada Skibbenin də olduğunu vurğulayan Şahin «Hələ razılaşma yoxdur. Öz şərtlərimizi söylədik, onun şərtlərini dinlədik. Təklifimizi vermişik, indi cavab gözləyirik. Ümumiyyətlə, bir neçə yerli və xarici mütəxəssislə görüşlərimiz davam edir. Bu həftə sonuna qədər inşallah dəqiqləşdirəcəyik. İlk olaraq yerli mütəxəssisə müraciət etmək istəyirdik. Lakin Türkiyədə yerli oyunçu çətinliyi olduğu kimi, yerli məşqçi sayı da çox azdır. Onların da çoxu hazırda məşğuldur».

Xəbər 901 dəfə oxundu.