La Liqanın məyusluğu - Nuri Şahin
İspaniyanın «Marca» qəzetinin oxucuları arasında keçirdiyi sorğuda Nuri Şahin La Liqa mövsümünün "ən çox məyusluq gətirən oyunçusu» seçildi. Nuri Şahin bu sorğuya qoşulanların səslərinin 49,7-ni alıb. İkinci sırada 17,7 faizlə Reyes yerləşib.

İdman.com.az saytının məlumatına görə, son günlərdə «Qalatasaray»a transfer olunacağı deyilən Şahin və Hamit Altıntopa ispan qəzetləri başqa ünvan tapdılar. İspaniyada qalmaq istədikləri yazılan türk oyunçulardan Nuriyə «Malaqa», Altıntopa isə Katalan klubu «Espanyol»un elçi düşdüyü bildirilir. Mövsüm boyunca cəmi 621 dəqiqə meydanda olan Şahin haqqında Maurinyodan «Abc» qəzetinə maraqlı bir şərh gəldi: «Şahin transfer olmayacaq. Qalacaq. Bizimlə bir mövsüm keçirdi və davam edəcək».

Xəbər 1017 dəfə oxundu.