Bu gün dörd boksçusumuz dörddəbir final mərhələsi uğrunda mübarizə aparacaq
Sentyabrın 17-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında dörd boksçumuz səkkizdəbir final mərhələsində çıxış edəcək.

52 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məsud Yusifzadə ikinci görüşündə ermənistanlı Artur Hovannisyan, 57 kiloqramdan çəki dərəcəsində çıxış edən Tayfur Əliyev üçüncü görüşündə İngiltərə təmsilçisi Peter Makqral ilə üz-üzə gələcəklər. Digər boksçularımızdan Dominqes Alfonso (81 kq) Avstriya təmsilçisi Umar Cambekov, Məhəmməd Abdullayev (+91 kq) isə misirli Yusru Mustafa Rezk ilə qarşılaşacaqlar.

Xatırladaq ki, 8 boksçumuzun iştirak etdiyi mundialda Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq) və İsmayıl Yaqubov (91 kq) məğlub olaraq mübarizəni dayandırıblar.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutacaq yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 9-dən 17-dək keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

Xəbər 930 dəfə oxundu.