Azərbaycan Həvəskarlar Futbol Federasiyasının 20 illiyinə həsr olunmuş futbol yarışı keçirilib
Sentyabrın 8-də Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşəbbüsü ilə gənc könüllülər arasında futbоl yarışı keçirilib.

Azsport.az saytı xəbər verir ki, yarış Azərbaycan Həvəskarlar Futbol Federasiyasının 20 illiyinə həsr olunub.

“Şəfa” stadionunun süni ot örtüklü futbol meydançasında keçirilən final yarışında Lənkəranın “Liman” komandası ilə Bakının “Baris” komandası qarşılaşıb. Qalib adı uğrunda mübarizədə “Liman” komandası 3:1 hesabı ilə qalib gələrək, çempionatın kubokuna sahib olub.

Təltifetmə mərasimində qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Mərasimdə AFFA-nın əməkdaşları və futbol ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, növbəti 2019/2020-ci il mövsümü üçün çempionatın sentyabrın axırı, oktyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Həmkarlar Futbol Federasiyası 1999-cu ildə yaradılıb. Artıq 20 ildir ki, fəaliyyət göstərən bu federasiya bu illər ərzində həvəskarlar arasında birçox futbol yarışlarını uğurla təşkil edib.


Xəbər 683 dəfə oxundu.