İki şahmatçımız dünya kubokunun onaltıdabir final mərhələsində qələbə qazanıb
Sentyabrın 16-da Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin onaltıdabir final mərhələsinin birinci partiyaları oynanılıb.

Onaltıdabir finalın birinci partiyasında Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov komandamızın digər üzvü Eltac Səfərli ilə qarşılaşıb. Ş.Məmmədyarov 45-ci gedişdə qalib gəlib. Teymur Rəcəbov isə rusiyalı Daniil Yuffa ilə görüşdə qələbə qazanıb. Sentyabrın 17-də şahmatçılarımız cavab oyunları keçirəcəklər.

Xəbər 697 dəfə oxundu.