Güllə atıcılığı idmanı növü üzrə paralimpiya millimiz dünya çempionatına Qəbələdə hazırlaşır
Azərbaycanın güllə atıcılığı idman növü üzrə paralimpiya komandası Qəbələdə təlim-məşq toplanışına başlayıb.

16 gün davam edəcək hazırlıq prosesi oktyabrda Avstraliyanın Sidney şəhərində keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır. Çempionat “Tokio 2020” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazandıracaq.

Xəbər 1048 dəfə oxundu.