Masallı taekvondoçusu V “Koreya səfiri” kuboku yarışında gümüş medal qazanıb
Masallı idmançısı Rahid Vəliyev Abşeron Olimpiya İdman Kompleksində gənclər arasında keçirilən taekvondo üzrə V “Koreya səfiri” kuboku yarışında uğurla çıxış edib.

İki gün davam edən yarışda Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən uşaq-gənclər idman məktəbinin yetirməsi Rahid Vəliyev 45 kiloqram çəki dərəcəsində ikinci yeri tutaraq gümüş medal qazanıb.

R.Vəliyevi yarışa məşqçi-müəllim Sadiq Ağayev hazırlayıb.

Xəbər 749 dəfə oxundu.