Aryen Robben: «Həyatımızın baş oyununa çıxacağıq»
Çempionlar Liqasının finalı öncəsi «Bavariya»nın yarımmüdafiəçisi Aryen Robben «Çelsi» ilə qarşılaşmağa tam hazır olduğunu dedi. İdman.com.az saytının məlumatına görə, yüksək hərarət səbəbindən bir neçə gün yüngülləşdirilmiş proqramla məşq edən futbolçu deyib:

«Artıq enerji sərf etmirdim. Özümü indi normal hiss edirəm. Əgər hərarətim 40 dərəcə olsa şənbə günü oynamayacağam. Öz stadionumuzda heç bir təzyiq olmayacaq. Əksinə, qələbə əzminə əlavə səbəb olacaq. İki il öncə biz finalda uduzduq. Əgər bu dəfə qalib gəlsək, həyatımızın baş oyununa çıxmış olacağıq».

Xəbər 1147 dəfə oxundu.