Daha iki şahmatçımız dünya kubokunun onaltıdabir mərhələsinə vəsiqə qazanıb
Sentyabrın 15-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsində tay-breyk partiyalarına yekun vurulub.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov rusiyalı Sənan Syugirov üzərində bir heç-heçə və bir qələbə qazanıb. Eltac Səfərli isə hindistanlı Sarin Nihala birinci görüşdə qalib, ikincisində isə heç-heçə edib. Tay-breykdə mübarizə aparan digər şahmatçımız Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezə hər iki partiyada məğlub olub. Beləliklə, Ş.Məmmədyarov, T.Rəcəbov və E.Səfərli dünya kubokunun onaltıdabir final mərhələsinə vəsiqəni təmin ediblər.

Xəbər 725 dəfə oxundu.