“Bakı” 3-cü dəfə Azərbaycan kubokunu qazandı
Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib. İdman.com.az saytının xəbərinə görə, “Dalğa Arena”da baş tutan görüşlə cari futbol mövsümünə yekun vurulub.

Həlledici matçda paytaxt təmsilçiləri - “Neftçi” və “Bakı” qarşılaşıb.
“Ağ-qaralar” finala Unibank Premyer Liqasının qalibi kimi, “ağ-göylər” isə 6-cı yerin sahibi kimi çıxıb. Püşklə nominal meydan sahibi olan flaqman 8 illik fasilədən sonra mövsümü “qızıl dubl”la başa vurmağa çalışsa da, bu arzu onların gözündə qalıb.

Belə ki, “Bakı” ilk yarıda vurduğu 2 qolla matçın taleyini həll edib və tarixində üçüncü dəfə ölkə kubokunu başı üzərinə qaldırıblar.
Buna qədər “zolaqlılar ” 2005 və 2010-cu illərdə də kuboka sahib çıxmışdı.

Azərbaycan kuboku
18 may, final

“Neftçi” – “Bakı” - 0:2
Qol: Koke, 8; Junior, 29
Qırmızı vərəqə: Denis Silva, 81
Bakı. “Dalğa Arena” stadionu
Baş hakim: Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Dalğa Arena" stadionu

Xəbər 1099 dəfə oxundu.