Azərbaycan Premyer Liqası: "Zirə" səfərdə "Sumqayıt"ı məğlub edib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turuna start verilib.

Turun açılış görüşü "Kapital Bank Arena" stadionunda keçirilib. "Zirə" klubu "Sumqayıt" komandasının qonağı olub.

Görüş Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandadan qolları Xulio Sezar Rodrigez və Şafik Tiqrudja vurub. Meydan sahiblərindən isə Tellur Mütəllimov fərqlənib.

Bu qələbədən sonra "Zirə” xallarının sayını 7-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Sumqayıt” isə 3 xalla 7-ci yerdədir.

Xatırladaq ki, birinci turun ikinci görüşü “Bank Respublika Arena” stadionunda keçirilir. “Sabah” klubu “Qəbələ” komandasını qəbul edir

Xəbər 666 dəfə oxundu.