Radik İsayev Yaponiya Qran-Pri turnirində yarımfinala yüksəlib
Yaponiyada taekvondo üzrə Qran-Pri turniri keçirilir.

G4 kateqoriyalı yarışda ölkəmizi təmsil edən Radik İsayev yarımfinal mərhələsinə vəsiqəni təmin edib. O, ilk rəqibi olan komanda yoldaşı Ramin Əzizovu, ardından böyük britaniyalı Lutalo Məhəmmədi və Qazaxıstanı idmançısı Ruslan Zaparovu məğlub edib. Olimpiya çempionumuzun növbəti mərhələdəki rəqibi rusiyalı Vladislav Larin olacaq.

Qeyd edək ki, turnirin qalibi aktivinə 40 reytinq xal əlavə edəcək.


Xəbər 953 dəfə oxundu.