Ouenin «Mançester Yunayted» karyerası bitdi
İngiltərə «Mançester Yunayted»i Maykl Ouenlə müqavilə müddətini uzatmamaq qərarını verib. Buna səbəb, çox güman ki, futbolçunu təqib edən zədələrdir. 3 ildir komandanın üzvü olan hücumçu klubun fanatlarının yaddaşında yalnız zədələri ilə qalıb. Hərçənd klubun fanatları onun komandanın formasını geyindiyi ilk mövsümdə «əbədi düşmən» «Mançester Siti» ilə görüşdə (4:3) qəhrəmana çevrilməsini də yaxşı xatırlayırlar.

«Çox şadam ki, belə fantastik klubda, gözəl mühitdə və əla futbolçularla 3 il çiyin-çiyinə oynadım. Məni dəstəkləyən hər kəsə, azarkeşlərə xüsusi təşəkkürümü bildirirəm» deyən Maykl ouen hələ gələcəyi ilə bağlı qəti qərar verməyib. O, qarşıdakı bir neçə həftə istirahət edəcəyini və yalnız sonra düşünüb-daşınacağını deyir.

Xəbər 917 dəfə oxundu.