3x3 basketbol üzrə Sumqayıt birinciliyinə yekun vurulub
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 3x3 basketbol (stritbol) üzrə oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.

Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş birincilikdə 16 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda oğlan və qızlardan ibarət “Təhsil” komandaları bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olunublar.

Xəbər 1043 dəfə oxundu.