Yeddinci arena polo üzrə dünya kubokunun ikinci oyununda Rusiya idmançıları qalib gəliblər
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda keçirilən 7-ci arena polo üzrə dünya kubokunun ikinci qarşılaşmasında Almaniyanın “Los Nocheros Polo Club Münster” və Rusiyanın “Planernaya Polo Club Moscow” komandaları qarşılaşıblar.

Turnirin birinci gününün ikinci görüşü rusiyalıların 9:7 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, açılış matçında Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club Baku” komandası “Evviva Polo Club St. Moritz”i (İsveçrə) 11:3 hesabı ilə məğlub edib.

Turnirin ikinci günündə ilk oyun “Evviva Polo Club St. Moritz” və “Los Nocheros Polo Club Münster” arasında baş tutacaq. İkinci oyunda “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” komandaları üz-üzə gələcəklər. Sentyabrın 15-də üçüncü yer uğrunda görüş və final matçı keçiriləcək.

Xatırladaq ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.


Xəbər 1100 dəfə oxundu.