Dənizkənarı Milli Parkda açıq karate seminarı keçiriləcək
Sentyabrın 14-də Dənizkənarı Milli Parkda uşaq, yeniyetmə və gənclər üçün açıq karate seminarı təşkil olunacaq.

Karatenin daha da populyarlaşması və təbliği istiqamətində tədbir planlarına aid olan bu seminar sentyabrın 27-29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş 6-13 yaşlı uşaqlar arasında “Olimpiya ümidləri” beynəlxalq turnirinin ilk hissəsi kimi yarış iştirakçıları üçün nəzərdə tutulub.

Seminara respublikanın müxtəlif bölgələrindən klubların tərkibində yüzlərlə idmançı qatılacaq.

Tədbirdə federasiya rəsmiləri, milli komandanın məşqçilər heyəti, eləcə də kapitan Rafael Ağayev başda olmaqla, komanda üzvləri təcrübələrini azyaşlı karateçilərə nümayiş etdirəcəklər.

Xəbər 757 dəfə oxundu.